15 İyul 2017 22:14
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Tarif Şurasının qərarı ilə benzinin qiymətinin qaldırılması bəzi təxribatçı qüvvələr üçün müzakirə mövzusuna çevrilib . Onlar qıcıqlandırıcı statuslar və məlumatlar paylaşmaqla öz çirkin niyyətlərini həyata keçirməyə, məsələnin mahiyyətini təhrif edib çaşdırıcı fikirlər yayırlar.

Bəziləri iddia edir ki, qiymət artımı avtomobil sahiblərini ciddi narazı salıb və guya anacaqdoldurma məntəqələri də müştərisiz qalıb. Əslində isə vəziyyət qiymət artımından əvvəlki günlərdə olduğu kimidir. Bu gün səhər saatlarında Bakının yanacaqdoldurma məntəqələrində aparılan müşahidələrə görə, sürücülər hər hansı narazılıq bildirmədən yeni qiymətlə yanacaq alıblar. Bu isə onu göstərir ki, vətəndaşlar Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlaması və əsaslandırmasından tanışdırlar və və bu dəyişikliyi zərurətdən doğan addım kimi qəbul ediblər.

Gəlin Şuranın yaydığı məlumata bir daha diqqət edək: "Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb".

Bəli, həqiqətən də belədir, dünya bazarında neft qiymətlərinin kəskin şəkildə azalması və Azərbaycandakı yanacaq qiymətləri benzinin qiymətindəki dəyişiklikləri labüd edirdi. Dünya təcrübəsində benzinin qiyməti də bu dəyişikliklərə uyğun olaraq tənzimlənir.

Tarif Şurasının qərarında qeyd edilir ki, tarif dəyişikliyindən sonra da Azərbaycanda "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Biz həmçinin qiymətləri Avropa və digər xarici dövlətlərlə müqayisə etdikdə də Azərbaycanda benzinin qiymətinin çox da baha olmadığını deyə bilərik. Məsələn, dünyanın neft və qaz təminatında böyük imkanlara sahib olan İraqda benzinin qiyməti 63 sentdir. Azərbaycan isə "Aİ-92” markalı benzinin qiyməti 0,52 sentə bərabərdir. Həmçinin Kanada, İsrail, İslandiya, Norveç, Fillandiya, Xorvatiya kimi dövlətlərdə benzinin qiymətləri Azərbaycanla müqayisədə dəfələrlə bahadır.

Apardığımız araşdırmaya görə, hazırda dünya ölkələrində benzinin qiymətləri belədir:

Kanada - 0.89 sent

Rumuniya - 1 dollar 10 sent

Braziliya - 1 dollar 09 sent

Polşa - 1 dollar 11 sent

Litva - 1 dollar 17 sent

Estoniya - 1 dollar 21 sent

İspaniya - 1 dollar 27 sent

Albaniya - 1 dollar 30 sent

Xarvatiya - 1 dollar 34 sent

İsveçrə - 1 dollar 39 sent

İrlandiya - 1 dollar 42 sent

Türkiyə -1 dollar 44 sent

Almaniya -1 dollar 42 sent

Fransa - 1 dollar 45 sent

Fillandiya - 1 dollar 55 sent

Portuqaliya - 1 dollar 55 sent

Uruqvay - 1 dollar 60 sent

İtaliya -1 dollar 62 sent

İsrail - 1 dollar 64 sent

İslandiya - 1 dollar 81 sent

Norveç - 1 dollar 79 sent

Dünyada ən yüksək benzin qiymətləri isə iqtisadi cəhətdən çox da güclü olmayan Honq Konqdadır. Bu ölkədə benzinin bir litrinin qiyməti 1 dollar 90 sentdir.

Qeyd edilən rəqəmlərdən aydın olur ki, Azərbaycandakı benzin qiymətləri dünyanın əksər dövlətləri ilə müqayisədə çox aşağıdır. Amma təxribatçılar orta statistik vətəndaşların xarici ölkələrdəki qiymətindən xəbərsizliyindən istifadə edərək süni gərginlik yaratmağa çalışırlar. Amma təbii ki, bütün bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Bu ölkədə xalqın dövlətə və prezidentə inamını heç bir halda sarsıtmaq olmaz. Qiymət artımı iqrtisadi siyasətin adi bir elementidir. Unutmamalıyıq ki, biz sosial siyasəti ilə seçilən dövlətin vətəndaşlarıyıq və Prezident ölkə əhalisinin maddi rifahının dövrün tələblərinə uyğunlaşdırılması üçün bütün zəruri tədbirləri görür.


Müəllif: Ramin Əhmədov

Oxşar xəbərlər