Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyulun 18-i ilə müqayisədə ucuzlaşaraq 1,7017 manat təşkil edib.
Avro isə manata nisbətən möhkəmlənərək 1,9632 manat olub.
Rusiya rublu da iyulun 18-i ilə müqayisədə cüzi bahalaşaraq 0,0288 manat səviyyəsində qərarlaşıb.
1 türk lirəsi 0,4827 manat, Gürcüstan larisi 0,7062 manatdır.