25 İyul 2017 09:52
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyulun 24-ü ilə müqayisədə dəyişməyərək 1,7012 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşaraq 1,9839 manat olub.

Rusiya rublu isə iyulun 24-ü ilə müqayisədə cüzi zəifləyərək 0,0284 manat səviyyəsində qərarlaşıb.

1 türk lirəsi 0,4787 manat, Gürcüstan larisi 0,7078 manatdır.


Müəllif: Teleqraf.com