27 İyul 2017 09:45
781

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi iyulun 26-sı ilə müqayisədə dəyişməyərək 1,7010 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşaraq 1,9984 manat olub.

Rusiya rublu da iyulun 26-sı ilə müqayisədə cüzi bahalaşaraq 0,0286 manat səviyyəsində qərarlaşıb.

1 türk lirəsi 0,4823 manat, Gürcüstan larisi 0,7071 manatdır.


Müəllif: Teleqraf.com