Bu sözləri Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, bu rəqəmlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz martıb: “Kənd təsərrüfatı məhsulları, o cümlədən, tərəvəz ixracı 63 faiz, meyvə ixracı 38,2 faiz, pambıq mahlıcının ixracı 2,5 faiz, tütün xammalı 9,1 faiz artıb. 280,1 milyon dollarlıq ixracatın 162 milyon dollarını tərəvəz məhsulları, xüsusilə kartof təşkil edirsə, 68 milyon dollarını meyvə, 32 milyon dollarını pambıq, 5,8 milyon dollarını tütün, 7,3 milyon dollarını gön-dəri, 5,3 milyon dollarını isə heyvandarlıq məhsulları təşkil edir”.