Dünya birjalarında neft bahalaşıb.
Teleqraf.com xəbər verir ki, İCE London birjasında “Brent” markalı neft 1,03 faiz artaraq barreli 52,02 dollar olub. Qeyd olunur ki, “Brent” 30 maydan sonra ilk dəfə 52 dolları ötüb.
WTI markalı neftin sentyabr fyuçersi isə 0,65 faiz bahalaşaraq barreli 49,34 dollardan satılıb.
Azərbaycan nefti də bahalaşmaqda davam edir.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,16 dollar və ya 2,21% artaraq 53,67 dollar təşkil edib.