Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Daha sonra Dövlət Sərhəd Xidməti aparatında general-mayor Anatoliy Lapponun təntənəli qarşılanma mərasimi keçirilib. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Belarus nümayəndələrinə ətraflı məlumat verib.
Görüşün sonunda Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında 2 illik Fəaliyyət Planı imzalanıb.
Avqustun 11-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri və regionlardakı struktur bölmələrinin fəaliyyəti və mövcud imkanları ilə tanışlığı, ölkəmizin mədəni-tarixi yerlərini ziyarət etməsi nəzərdə tutulur.