10 Avqust 2017 23:25
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10 milyard 692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 283,1 milyon dollar, idxalın dəyəri 3 milyard 409,7 milyon dollar təşkil edib, nəticədə 3 milyard 873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 39,0 faizi Avropa İttifaqı (Aİ), 13,6 faizi MDB üzvü, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 23,1 faizi İtaliyaya, 11,7 faizi Türkiyəyə, 6,5 faizi Çinə, 5,5 faizi Rusiyaya, 5,0 faizi Portuqaliyaya, 4,5 faizi Gürcüstana, 4,0 faizi İsrailə, 3,8 faizi Kanadaya, 3,7 faizi Almaniyaya, 3,3 faizi Hindistana, hər biri 3,2 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan ə Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər