23 İyul 2014 14:38
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Çerkassk vilayətində SOCAR brendi ilə premium-klass tipli daha bir yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.

Dövlət Neft Şirkətindən Teleqraf.com-a verilən məlumata görə, Uman şəhərinin girişində “Sofiyevka” dendrologiya parkının qarşısında yerləşən YDM SOCAR-ın Çerkassk vilayətində sayca altıncı məntəqəsidir. Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacağı təklif olunur. YDM ərazisində iki yanacaqpaylama qurğusu, kafe və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər də göstərilir.

Avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet kimi xidmətlər pulsuzdur.

Naibə


Müəllif: