Azərbaycanın xarici dövlət 7,173 mlrd. dollara çatıb.
Maliyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172.6 milyon dolları (12,208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.