Rəsmi avtomobil dilerləri böhran illərində sata bilmədikləri avtomobilləri endirimlə satmağa çalışırlar. Növbəti dəfə “Kia” avtomobillərinin qiyməti düşüb. Kia avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Kia Motors Azərbaycan”dan Teleqraf.com-a verilən məlumata görə, hazırda satış salonunda 2015-ci ilə aid iki model var. Bunlar “Rio” və “Soul” avtomobilləridir.
Avtomat sürət qutulu “Kia Rio”ya 3900 manat endirim edilir. Minimal təhcizatlı avtomobilin qiyməti 25600 manatdan 21700 manata düşüb. “Soul” modelində isə endirim daha böyükdür. Belə ki, avtomobilin qiyməti 7360 manat düşüb. Başqa sözlə, əvvəl 36800 manata satılan maşını indi 29440 manata təklif edirlər. Qeyd edək ki, endirim edilən “Soul” modelləri tam təhcizatlıdır.
“Kia Motors Azərbaycan” o da bildirilib ki, 2016 və 2017-ci il model avtomobillərin qiymətində hər hansı dəyişiklik edilməyib.