Dünya birjalarında neftin qiyməti dəyişib.
Teleqraf.com xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 0,09 dollar və ya 0,18% azalaraq 48,57 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,21 dollar və ya 0,39% azalaraq 53,17 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti 1,11 dollar və yaxud 2,04% artaraq 55,66 dollar/barrelə bərabər olub.