Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-nin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi üzərindən Qətərə yumurta ixracı üçün müraciəti müsbət cavablandırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qurumun müraciəti əsasında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac məhsulu üçün mənşə sertifikatının 1 gün ərzində əldə olunması təmin edilib.
“Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” ASC buna qədər də bir neçə dəfə “Bir Pəncərə” Mərkəzi vasitəsilə ixrac prosesini reallaşdırıb.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir.