11 Oktyabr 2017 10:49
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 xarici şirkət Azərbaycandakı nümayəndəliyini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında elan yer alıb.

Məlumata görə, “Toyo Engineering Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk, ev 17 ünvanına müraciət edə bilərlər.

“Euro Architects and Engineers European Economic İnterest Grouping” şirkəti də Azərbaycandakı filialını ləğv etdiyini elan edib. Şirkətinin kreditorları tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, ev 4/189, Falez Plaza, 5-ci mərtəbə ünvanına bildirə bilərlər.

“Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunanlar sırasındadır. Bildirilir ki, Kreditorlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına müraciət edə bilərlər.


Müəllif: İlhamə Əbülfət