Dünya Bankı İraqa 400 milyon dollar ayırıb.
Teleqraf.com xəbər verir ki, ayrılan məbləğ İŞİD terror şəbəkəsindən azad edilən bölgələrdə infrastrukturun qurulmasına xərclənəcək.
Dünya Bankı elan edib ki, artıq maliyyə İraq hökumətinə çatdırılıb.
Qeyd edək ki, bu, 2015-ci ildə İraqın inkişafı üçün Dünya Bankı tərəfindən Diyalə və Səlahəddin vilayətlərinə xərclənən maliyyənin ikinci mərhələsidir.
Dünya Bankı Mosul şəhərinin yenidən inşasına pul ayırmağa da hazır olduğunu bəyan edib.