6 Noyabr 2017 20:13
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə yumurtanın qiymətində artım var, amma bu, yalnız kənd yumurtasına aiddir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, kənd yumurtası fərdi təsərrüfat məhsulu olduğu üçün qiymətin müəyyənləşdirilməsi birbaşa onların özlərindən asılıdır: “Fabrik yumurtalarının qiyməti hazırda stabildir. Heç bir artım yoxdur”.

Qiymətləri öyrənmək üçün market və mağazalara üz tutduq. Böyük marketlərdə kənd yumurtası 18-19 qəpik, kənd məhsulları satılan kiçik mağazalarda isə 30 qəpikdir.

Fabrik yumurtaları əvvəlki kimi 12-15 qəpiyə təklif edilir.

Qeyd edək ki, mediada yumurtanın qiymətinin artması ilə bağlı informasiyalar getmişdi.


Müəllif: Şəfiqə Nazimqızı