29 Noyabr 2017 17:22
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İxrac missiyasında təmsil olunan meyvə-tərəvəz istehsalçıları 5-7 dekabr tarixlərində Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “ŞOP Dubay”da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək.

Qeyd edək ki, Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.


Müəllif: Səxavət

Oxşar xəbərlər