Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-dən Teleqraf.com-a verilən məlumata görə, ötən ay fond tərəfindən valyuta hərraclarında 208,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.