6 Dekabr 2017 23:47
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rusiyanın Stavropol diyarında iki mehmanxana inşa edəcək.

Teleqraf.com xəbər verir ki, bunu "Rusiya İxrac Mərkəzi"nin baş direktoru Pyotr Fradkov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Stavropol diyarı turizm sahəsində əməkdaşlığı və ticari-iqtisadi münasibətləri fəal şəkildə inkişaf etdirirlər: "Bunu bu yaxınlarda imzalanmış Kislovodskda və Jeleznovodskda iki mehmanxananın tikintisi haqqında saziş də sübut edir".

P.Fradkovun sözlərinə görə, hazırda Stavropol diyarı Azərbaycana bir milyon tondan çox taxıl ixrac edir ki, bu da respublika əhalisinin tələbatını tamamilə təmin edir.

Onun fikrincə, yeni mehmanxanaların tikintisindən sonra Azərbaycandan Stavropola turist axını artmalıdır.


Müəllif: Teleqraf.com