22 Dekabr 2017 00:08
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-neft gəlirlərinin artması manatın məzənnəsini təhlükəsizləşdirəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Trend-ə “AzFinance” investisiya şirkətinin direktor müavini Murad Əhmədov deyib.

O qeyd edib ki, milli valyutanın məzənnəsinin dəstəklənməsi üçün xammal amilindən asılılığı azaltmaq lazımdır:

“Bu gün dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı kifayət qədər yüksəkdir. Əgər biz neft gəlirlərinin xüsusi çəkisinin azalmasına nail olsaq, demək olar ki, dolların məzənnəsi iki manatı ötməyəcək. Əks təqdirdə neft qiymətlərinin tərəddüdü və əsas ticarət tərəfdaşlarımız – Türkiyə, Rusiya və Qazaxıstanın valyutalarının dəyişkənliyi manatın dollara nisbətdə məzənnəsinə təzyiq göstərəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər