6 Yanvar 2018 02:44
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan neftinin qiyməti yanvarın 4-də 70,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,65 dollar/barel çoxdur.

Teleqraf.com xəbər verir ki, “Azeri Light”ın qiyməti sonuncu dəfə 2014-cü il dekabrın 4-də 70 dolları keçmişdi.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 69,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com