6 Yanvar 2018 12:59
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, proqnozlaşdırdığı kimi ötən ay dollara tələbin artması müşahidə edildi: “İlin son ayında əvvəlki ayla müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb. Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub.

Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır.

2018-ci ildə isə Mərkəzi Bank üçün çətin aylar mart, avqust və ilin son ayı olacaq”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər