Dünya birjalarında neft bahalaşmaqdadır.
Teleqraf.com xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 63,61 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 69,26 dollar olub.
Azərbaycanın yüngül neftinin qiyməti isə 71,84 dollar/barrel təşkil edib.
Qeyd edək ki, "Azəri Layt"ın qiyməti sonuncu dəfə 2015-cü il dekabrın 3-də 71 dolları ötmüşdü.
Qiymət artımı ABŞ-da neft ehtiyatlarının stabil azalması ilə bağlı nikbinlik, həmçinin ötən həftənin yekunu üzrə Birləşmiş Ştatlarda neft hasilatının gözlənilmədən aşağı düşməsi barədə məlumatlarla izah edilir.