Azərbaycan Mərkəzi Bankı 18 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, yanvarın 18-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0734 manat təşkil edir.
1 türk lirəsi 0,4466 manat, 1 rus rublu 0,0299 manat, 1 İran rialı 0,0041 manat, 1 gürcü larisi isə 0,6680 manatdır.