19 Yanvar 2018 00:32
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın coğrafi vəziyyətini nəzərə alsaq, beynəlxalq nəqliyyat dəhlizi bu ölkənin gəlirlərində mühüm rol oynayır.

Teleqraf.com xəbər verir ki, bu ölkənin ən sabit gəlirli sahəsi neft-qaz kəmərləri ilə daşınmalardan əldə olunub.

Bu sahədə gəlirlər ildə orta hesabla 300 milyon dollar olub.

Bundan başqa, müsbət tendensiya hava nəqliyyatında qeydə alınıb. Belə ki, 2016-cı ildə bu sahədə 11 milyon dollarlıq mənfi balans olsa da, 2017-ci ilin yanvar-sentyabr aylarında 26 milyon dollarlıq müsbət balans əldə olunub.

Amma digər nəqliyyat sektorlarında xərclər gəlirləri xeyli üstələyib. 2015-ci ildən başlayaraq Gürcüstanın nəqliyyat əməliyyatlarına xərclədiyi vəsaitin həcmi gəlirlərini bir neçə dəfə üstələyib və ölkənin beynəlxalq nəqliyyat xidmətlərində mənfi balans yaranıb.

Belə ki, 2010-cu ildə bu sahədəki müsbət balans 141 milyon dollar olub. Növbəti 2011-ci ildən başlayaraq bu sahədə gəlirlər azalmağa başlayıb və 2015-ci ildə mənfi balans yaranıb. 2016-cı ildə xərclər gəlirləri 40 milyon dollar üstələyib. 2017-ci ilin yanvar-sentyabr aylarında isə bu rəqəm 77 milyon dollar təşkil edib.

Ən böyük zərərlə işləyən Gürcüstan dəmir yolları olub. Bu sahədə 2012-ci ildə gəlirlər artsa da, 2013-cü ildən azalma başlayıb. 2016-cı ildə zərərin həcmi 2 milyon dollar, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 38 milyon dollar olub. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər