25 Yanvar 2018 00:41
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə alınan göstəricidən 46,6 faiz çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yekunları ilə bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda 2,88 milyon ton sement (2016-cı illə müqayisədə 24,3 faiz artım), 856,2 ton şüşə-lif (76,1 faiz artım), 29,8 min ton tikinti əhəngi (8,6 faiz artım), 797,5 min ton hazır beton qarışığı (96,8 faiz artım), 144,5 min kubmetr yığma beton tikinti konstruksiyası (64 faiz artım), 22,56 min ton cilalanmış mərmər, travertin, alebastr və onlardan məmulatlar (3,1 dəfə artım) istehsal olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər