25 Yanvar 2018 11:04
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın rəsmi kursuna əsasən, son 1 ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu gün ilk dəfə olaraq manatın avroya nisbətən məzənnəsi 2.11-dək azalıb:

“İndi 1 avro almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır. Manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır. Artıq dünya bazarında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır. Avropazonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranın səngiməsi və eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itriməsi avronun güclənməsinə səbəb olub”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər