Azərbaycan yüngül neftinin qiyməti yanvarın 30-da 70,3 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,51 dollar/barel azdır.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 69,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 30-da 66,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,78 dollar/barel azdır.