6 Avqust 2014 17:16
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşların əməyinin mühafizəsi, peşə xəstəliklərinin və peşə zəhərlənmələrinin qarşısının alınması, kütləvi qida zəhərlənmələrinin əmələ gəlməsinin və yayılmasının profilaktikası, sanitariya qaydalarına riayət olunması və əks-epidemik rejimə əməl edilməsi sahəsində xidmət göstərən Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) neftçilərin sağlamlığı barədə məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, həyata keçirilən sağlamlaşdırıcı tədbirlər sayəsində neftçilər arasında peşə xəstəlikləri, kütləvi yoluxucu xəstəliklər qeydə alınmayıb.

Mərkəzdə laborator-instrumental müayinələr aparılır, içməli suyun sanitar-kimyəvi və bakterioloji göstəricilərinə, yeməkxanalarda ərzaq məhsullarının kalori və keyfiyyətinə, gigiyenik tələblərə uyğun olmasına, yeməklərin hazırlanma ardıcıllığına və texnologiyasına ciddi nəzarət edilir.

Zərərli istehsalat amilləri ilə təmasda olan işçilər müntəzəm şəkildə yüksək ixtisaslı mütəxəssislər tərəfindən tibbi müayinə olunurlar. GEM ARDNŞ-nin idarə, müəssisə və təşkilatları ilə əlaqəli fəaliyyət göstərərək, planlı şəkildə dezinseksiya, deratizasiya və dezinfeksiya tədbirləri həyata keçirir. Keyfiyyətli profilaktik tədbirlər nəticəsində platforma və özüllərdə həşəratlar və gəmiricilərlə bağlı olan şikayətlər aradan qalxıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər