28 Fevral 2018 12:46
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misilsiz Novruz kampaniyası!

Teleqraf.com xəbər verir ki,​ Bakcell şirkəti Novruz bayramı münasibətilə öz abunəçilərinə pulsuz dəqiqə, SMS və meqabaytlar təqdim edəcək.

Abunəçilər hər dəfə nömrənin balansını artırdıqda şirkətdən müxtəlif hədiyyələr alacaq.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti hər il olduğu kimi bu il də öz abunəçilərini Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramında bol-bol hədiyyələrlə sevindirir.

Qonşunun qapısına papaq atıb bayram şirniyyatı payını almaq ən sevimli Novruz adət-ənənəlindən biridir ki, həmin gözəl ənənəyə sadiq qalan Bakcell öz abunəçilərini qapısına virtual papaq atıb pulsuz dəqiqələr, SMS və Meqabaytlar qismində Novruz hədiyyələrini almağa dəvət edir. Belə ki, Novruz bayramı ərəfəsində nömrənin balansını ən azı 2 AZN məbləğində artıran hər bir əvvəlcədən ödənişli (prepaid) Bakcell abunəçisini gözəl təsadüfi hədiyyə gözləyir.

Fevralın 26-dan martın 31-dək davam edəcək hədiyyə kampaniyasına qoşulmaq olduqca asandır. Bunun üçün sadəcə “papaq” sözünü yazıb pulsuz SMS vasitəsilə 7777 nömrəsinə göndərmək kifayətdir. Kampaniyaya qoşulandan sonra abunəçi balansına hər dəfə ən azı 2 AZN məbləğində vəsait yükləyəndə “Bakcell”dən təsadüfi hədiyyə alacaq. Bu misilsiz hədiyyə kampaniyası çərçivəsində abunəçilər 100-ə qədər pulsuz şəbəkədaxili zəng dəqiqəsi, 100-ə qədər pulsuz ölkədaxili SMS və hətta 500 Mb-ə qədər pulsuz internet paketi və digər gözəl hədiyyələri qazana biləcəklər.

Qeyd edək ki kampaniya ərzində balans artımı və hədiyyələrin sayına görə heç bir məhdudiyyət yoxdur. Kampaniyada yalnız əvvəlcədən ödənişli (prepaid) Bakcell tariflərinin abunəçiləri iştirak edə bilər.

Odur ki, siz də “Bakcell”ə papaq atın və Novruz hədiyyələrinizi alın!

Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır!


Müəllif: Teleqraf.com