Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin maaşları artırılıb.
Teleqraf.com xəbər verir ki, 1 mart 2018-ci il tarixindən SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə şirkət strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10 faiz artırılıb.
Bu qərar SOCAR-ın 51.000-ə yaxın əməkdaşına şamil olunacaq.