11 Avqust 2014 14:06
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi təbii qazla təmin olunmuş çoxmərtəbəli binaların sayını artırıb.

ARDNŞ-dən Teleqraf.com-a verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 103 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 10 299 ailə yaşayır.

Naibə


Müəllif: