Azərbaycan nefti bahalaşıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 75,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,71 dollar/barel çoxdur.
Türkiyənin Ceyhan limanında isə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 75,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.