1 İyun 2018 10:46
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bankbütün səhiyyə işçiləri üçün yeni güzəştlikredit aksiyasıtəqdim edir.Kreditin aylıq ödəniş məbləği 33 manatdan başlayacaq. Aksiyadanəmək haqqını Kapital Bank kartları ilə almayan səhiyyə işçiləri də yararlana biləcəklər.

Şərtlərə görə, kreditin illik faiz dərəcəsinə 5%-dək endirim edilir və komissiyasız rəsmiləşdirilir. Üstəlik kredit götürənlərə BirKart hədiyyə olunacaq. 8 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər.Aksiya 30iyun 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər