1 İyun 2018 15:34
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banklara əmanət yerləşdirilməsi zamanı ehtiyatlı olmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

İqtisadçı qeyd edib ki, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə bəzi bankların durumu nisbətən sabitləşsə də bütövlükdə bank sektoru izafi likvidlik və vaxtı keçmiş borclar probleminə görə hələ də böhrandan çıxa bilməyib:

“Bu da bəzi banklarda əmanətlərin qaytarılması riskini artırır. Hesabat məlumatlarına görə (Naxçıvan bank istisna olmaqla) ötən ilin 1-ci rübündə xalis mənfəətə malik olmayan bankların sayı 11 idisə, bu ilin ilk rübünün nəticələrinə görə zərərlə işləyən bankların sayı 7-yə qədər azalıb və onların 5-i ikinci ildir ki, davamlı olaraq xalis mənfəətsiz fəaliyyət göstərir.

1 aprel 2018-ci il tarixə olan məlumata görə, bu banklar arasında ən böyük zərər (247 milyon manat) “Bank VTB” (Azərbaycan) ASC-nin fəaliyyətində qeydə alınıb. Bu bankda zərərin məbləğinin kəskin artması bütövlükdə bank sektorunun 1-ci rübdəki fəaliyyətini mənfəətsiz edib. Odur ki, əmanətlərin yerləşdirilməsi zamanı ehtiyatlı olun”.


Müəllif: Mənsur Rəğbətoğlu