Trans Anadolu Boru Kəməri – TANAP-ın açılış mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 12 iyun saat 17:30-da keçiriləcək.
Bu barədə Teleqraf.com-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, açılış mərasimi Əskişəhərdə yerləşən TANAP təsisatında – Aksaklı kəndində keçiriləcək.