9 İyun 2018 17:17
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda may ayı ərzində gündəlik neft hasilatı 801 min barrel olub.

Bu barədə Energetika Nazirliyindən Teleqraf.coma-a verilən məlumatda bildirlib.

Qeyd edilib ki, bunun 748 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib. Gündəlik 635 min barrel xam neft, 53 min barrel kondensat, 17,8 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.

Energetika Nazirliyi may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min, aprel ayında isə 785,7 min barrel olub.

2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər