Gürcüstanla Azərbaycan sərhədində yeni gömrük keçid postu tikiləcək.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəis müavini Səməd Qaralov deyib.
Onun sözlərinə görə, artıq sözügedən yeni postun tikiləcəyi yerin ərazisi də təyin edilib:
"Yeni gömrük keçid məntəqəsi Böyükkəsiklə Sadıqlı kəndləri arasında tikiləcək. Artıq məntəqənin tikintisi ilə əlaqədar Ağstafa rayon İcra Hakimiyyətindən icazə alınıb. Yeni post "Sınıq körpü" gömrük sərhəd keçid məntəqəsinin yükünü azaldacaq və sadələşdirəcək".
S.Qaralov həmin gömrük keçid məntəqəsində Gürcüstan və Azərbaycan gömrük xidməti əməkdaşlarının eyni binada oturacaqlarını da bildirib.