"2018-ci ilin 5 ayı ərzində yük nəqliyyat vasitələrinin 1026 marşrutdan çıxma hallarının qarşısı alınıb".
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin təhlili və Audit İdarəsi rəisinin müavini Razim Zamanov deyib.
O bildirib ki, marşrutdan çıxma hallarından 33-ü İnzibati Xətalar Məcəlləsində qeyd edilən müvafiq bəndlərə uyğun olaraq, məsuliyyətə cəlb olunublar. Xatırladaq ki, yük nəqliyyat vasitələrinin marşrutdan çıxma halları zamanı İnzibati Xətalar Məcələsilə fiziki şəxlər 50 manat, hüquqi şəxslər 100 manat cərimələnir.