Rusiyanın AKPA reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımının 1,5-1,8 faiz təşkil edəcəyini gözləyir.
Bu barədə AKPA Tədqiqat və Proqnozlaşdırma Qrupunun direktor müavini Jannur Aşıqəli bildirib.
Onun sözlərinə görə, artıq 2019-cu ildə iqtisadiyyatın real artımı 2-2,5 faizə qədər yüksələcək. Qeyd edək ki, AKPA-nın proqnozları ümumi daxili məhsulun 1,5 faiz artacağını gözləyən Azərbaycan hakimiyyətinin proqnozları ilə üst-üstə düşür - hakimiyyət 2019-cu il üçün iqtisadiyyatın 4 faiz artacağını proqnozlaşdırır.
Agentliyin məlumatına görə, bu dövr üçün istehlak inflyasiyası dövrün sonuna zəifləmə tendensiya ilə 6-6,5 faiz həddində olacaq: “AKPA gözləyir ki, Azərbaycan sabit-müsbət fazasına daxil olacaq, lakin iqtisadi artım təmkinli olacaq”.
Azərbaycan Dövlət Statistika Komitəsinə əsasən, 2018-ci ilin yavar-aprel aylarında ölkənin ÜDM-u 1,2 faiz təşkil edib, qeyri-neft iqtisadiyyatı 2,1 faiz artıb. Həmin dövr ərzində inflyasiya 3,5 faiz təşkil edib.