Qlobal istiləşmə prosesinin təsiri ilə artan istilik bu il dünyanın bir çox yerində normadan yüksək olub.
Teleqraf.com bildirir ki, 2018-ci ildə Kanadada isti hava dalğası səbəbindən 54 nəfər dünyasını dəyişib.
Bu həftənin çərşənbə günü isə Afrikada istilik rekord vurub. Şimali Afrika ölkəsi olan Əlcəzairin Ouarqla əyalətində havanın hərarəti 50.3 dərəcəni keçib. Bu Afrikada indiyə qədər olan ən ciddi istilikdir.
Qeyd edək ki, 1961-ci ildə Morokkoda 51.3 dərəcə isti qeydə alınıb.