Fiziki şəxslərin fərdi istehlak məqsədilə gömrük vergi və rüsumları ödəmədən ölkə ərazisinə gətirdiyi alkoqollu içki və siqaretin miqdarı azaldılıb.
Dövlər Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qərar qəbul edib və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Prezident İlham Əliyev sərəncam imzalayıb.
Belə ki, Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinə əsasən fiziki şəxs buna qədər fərdi istehlakı üçün 3 litr alkoqollu içkini, 600 ədəd siqareti gömrük vergi və rüsumu ödəmədən ölkə ərazisinə gətirə bilərdi.
Məcəllənin həmin bəndində edilən dəyişikliyə əsasən isə bundan sonra fiziki şəxs fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkini və 200 ədəd siqareti gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə biləcək.