23 İyul 2018 09:40
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün paytaxtda və Abşeron yarımadasında havanın mülayim, buludlu keçəcəyi gözələnilir.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, səhər bəzi yerlərdə hətta qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq.

Abşeronun cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Çimərliklərə üz tutanlar arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq ehtiyatlı olsunlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər