23 İyul 2018 11:29
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İyul ayının 24-ü gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir".

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, iyul ayının 25-i gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bakıda növbəti iki gün ərzində müşahidə olunacaq hava şəraitinə gəlincə direktor bildirib ki, iyul ayının 24-25-də paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "İyul ayının 24-də arabir güclənən şimal-şərq küləyi ayın 25-də mülayim cənub şərq küləyi ilə əvəz olunacaq".

G.Məmmədova qeyd edib ki, havanın temperaturu iyul ayının 25-də bugünlərlə müqayisədə tədricən yüksələcək.


Müəllif: Teleqraf.com