Lirə, rubl və realın ucuzlaşmasının Azərbaycan manatına ciddi təsiri yoxdur. Azərbaycana Türkiyə, Rusiya və İrandan güclü pul axmır ki, biz valyuta kurslarının dəyişməsini özümüzdə hiss edək. Müəyyən qədər axın var və mənə elə gəlir ki, manata ciddi təsir etməz.
Bu sözləri Teleqraf.coma açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan manatı öz bazar qiymətini tapıb: “Artıq üzən məzənnəyə keçid olub və qiymətlərin ona uyğunlaşması, sahibkarların aktiv iştirak strategiyasını qurması mərhələsini keçmişik. Manat bazarın tələbatına uyğun dövlətin xüsusi dəstəyi olmadan öz qiymətini müəyyən edir. Arzulayırıq ki, lirə, rubl və realın ucuzlaşması ilə bağlı problem qısa zamanda həllini tapsın”.