12 Avqust 2018 23:39
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il sarımsaq yüksək qiymətə satıldığından bu il daha çox sahədə bu məhsulun əkini həyata keçirilib. Lakin indi həm sarımsağa alıcı tapılmır, həm də qiymətlər çox aşağıdır. Bu səbəbdən də tonlarla məhsul anbarlarda qalıb.

Tonlarla sarımsaq anbarlarda qalıb.

Cəlilabadlı fermerlər sarımsaq yığımını tam başa çatdırıblar. Ötən illərdə sarımsağın yüksək qiymətə satılması bu məhsulun əkildiyi sahələrinin nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. Lakin bi il məhsuldarlıq aşağı olub. Bundan əlavə sarımsağa alıcı da tapılmır.

Fermerlərin sözlərinə görə, ötən il kiloqramı 5-6 manata satılan sarımsağa bu il 1 manata da alıcı tapa bilmirlər. Çıxış yolunu da qiymətlər sabitləşənə qədərməhsulu anbarlarada saxlamaqda görürlər. Fermerlər deyirlər ki, anbarlara toplanan məhsulun çəkisində 30-40 faiz azalma baş verir. Bir-neçə ay da belə davam edərsə, anbarlarada qalan məhsul zay olacaq.

Göyçayda da bu il sarımsaq əkini çoxalıb. Ötən il rayon ərazisində 36 hektar sahədə sarımsaq əkilmişdisə, bu il bu rəqəm 74 hektara çatıb. Üstəlik bu il məhsul da bol olub. Lakin bu rayonda da sarımsağa alıcı tapılmır. Ötən il 1 kq sarımsağı sahələrdə 3-4 manata alırdılarsa, bu il qiymətlər 80 qəpiklə 1 manat arasında dəyişir. Bu səbəbdən də fermerlərin əksəriyyəti məhsulu anbarlara yığaraq saxlamaq məcburiyyətində qalıblar.

Məsələ ilə bağlı Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, bölgələrdə sahələrdə qalan kartof və soğanın alınaraq bazarlara çıxarılması ilə bağlı işlər davam etdirilir. Digər kənd təsərrüfatı məhsullarının, eləcə də sarımsağın da yerli bazarlara, yarmarkalara və ehtiyac yarandıqda xarici bazarlara çıxarılması istiqamətində işlər davam etdiriləcək.


Müəllif: Teleqraf.com