Azərbaycanda qızıl və gümüşün qiymətləri bahalaşıb.
Teleqraf.com xəbər verir ki, avqustun 20-də qızılın qiyməti avqustun 17-si ilə müqayisədə 15,708 manat artaraq 1 troy unsiyası üçün 2016,081 manat təşkil edib.
Gümüş 0,2018 manat bahalaşaraq 1 unsiya üçün 25,118 manata bərabər olub.
Platinin qiyməti 18,0965 manat artaraq 1343,7905 manat, palladiumun qiyməti isə 31,331 manat artaraq 1550,0855 manat təşkil edib.