23 Avqust 2018 13:01
2 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 31,7 faiz artaraq 322,8 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, hesabat dövründə hörmə üçün hazır beton qarışığının istehsalı 2,2 dəfə, tikinti əhənginin istehsalı 27,3 faiz, sementin istehsalı 21,6 faiz artıb.

Tikinti kərpicinin istehsalı 4 faiz, tikinti gipsinin istehsalı 43,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 58,9 faiz azalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər