24 Avqust 2018 10:08
2 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib.

Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb.

Piyada təhlükəsizliyinin vacib elementlərindən olan eyni səviyyəli piyada keçidlərinin standartlara uyğunlaşdırılması, zəruri olan yerdə yenilərinin təşkil edilməsi davamlı olaraq aparılır.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər