24 Avqust 2018 22:45
2 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncama görə, Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməsi tapşırılıb.

Həmçinin sənəddə bildirilir:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyada nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin;

- Həmin tədbirlərin icrası barədə ildə iki dəfə (yarımillik və illik) Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin.

- Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri dövlət borcalmaları, dövlət zəmanəti ilə borcalmalar və dövlət zəmanəti olmadan borcalmalarla əlaqədar fəaliyyətdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın müddəalarını rəhbər tutsunlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər